​"Azərişıq" Qubada elektrik verilişini bərpa edib

​"Azərişıq" Qubada elektrik verilişini bərpa edib T.Mustafayev: "Yaxın 1 saatda rayonun enerji təminatında yaranan problem tam aradan qaldırılacaq"
Energetika
19 Yanvar , 2016 10:01
​Azərişıq Qubada elektrik verilişini bərpa edib

Bakı. 19 yanvar. REPORT.AZ/ Gecə saatlarından əsən güclü külək Quba şəhərinin bir hissəsinə elektrik enerjisinin verilişində problemlər yaradıb. "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin "Report"a verdiyi məlumata görə, qurum əməkdaşları ötən gecə təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün işləyiblər.

T.Mustafayev qarşıdakı 1 saatda rayonun elektrik enerji təminatında yaranan problemin tam aradan qaldırılacağını deyib: "Əməkdaşlarımız bütün gecə boyu problemin aradan qaldırılması üçün işləyiblər. Hazırda iki xətdə elektrik enerjisinin verilişi bərpa edilməyib. Onlardan biri "Kupçal xətti", digəri isə "Park xətti" adlanır. Qarşıdakı 1 saat ərzində həmin xətlərə də elektrik enerjisinin verilməsi bərpa ediləcək".

Son xəbərlər

Orphus sistemi