“Azərişıq” Qobustan rayonunda bir sıra layihələr həyata keçirir

“Azərişıq” Qobustan rayonunda bir sıra layihələr həyata keçirir 1619 ədəd istismar müddətini başa vurmuş ağac dayaqlar yeni metal dayaqlarla əvəz olunub
Energetika
30 Avqust , 2017 21:06
“Azərişıq” Qobustan rayonunda bir sıra layihələr həyata keçirir

Bakı. 30 avqust. REPORT.AZ/ “Azərişıq” ASC Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsinə (Bakı RETSİ) daxil olan Qobustan Elektrik Şəbəkəsində əhalinin davamlı elektrik enerjisi ilə təchizatı məqsədilə bir sıra layihələr həyata keçirilir”.

Bunu “Report”a qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. 

Onun sözlərinə görə, adıçəkilən regionda istifadə müddəti başa çatmış naqillər, dayaqlar yenisi ilə əvəz olunur, müasir standartlara cavab verən avadanlıqlar quraşdırılır:

“Rayonda fəaliyyət göstərən 35-10 kilovoltluq yarımstansiyalar təmir olunub, 388 kilometr uzunluğunda 0,4 kilovoltluq hava xəttinin 97 kilometrlik hissəsi SİP kabellərlə əvəz olunub. 19 ədəd yeni komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb. Yeni transformatorların quraşdırılması, SİB kabellərin çəkilməsı, yarımstansiyaların yenidən qurulması rayonun elektrik enerjisi ilə təminatında əsaslı dönüş yaradıb. Rayonda elektrik təsərrüfatı demək olar yenilənib. Hazırda 7 088 abonentdən 3 minə yaxını mənzillərində elektrik enerjisi təchizatı SİB-ləşmiş kabellərlə həyata keçirilir. Bundan başqa, 82 km kabel yeniləri ilə əvəz olunub”.

“Azərişıq” sözçüsü 1619 ədəd istismar müddətini başa vurmuş ağac dayaqların yeni metal dayaqlarla əvəz olunduğunu da açıqlayıb:

“Rayonun mərkəzi küçələrində də ciddi işlər görülüb. Həyata keçirilən tədbirlər nəticəsində rayon elektrik şəbəkəsinin gücü 4 348 kilovatt artıb. Bu həmçinin itkilərin azalması nəticəsində əldə edilib. Həmçinin 4 048 ədəd yeni sayğac quraşdırılıb və dəyişdirilib. Hazırda istehlakçıların keyfiyyətli, etibarlı və təhlükəsiz elektrik enerjisi təminatı məqsədilə yenidənqurma və əsaslı təmir-tikinti işləri davam etdirilir”.

Son xəbərlər

Orphus sistemi