"Azərişıq": Qəza xidmətimiz 24 saat işləyib

"Azərişıq": Qəza xidmətimiz 24 saat işləyib "Azərişıq" ASC-nin qəza xidməti qeyri-sabit hava şəraitində 24 saat fasiləsiz iş başındadır.
Energetika
22 Yanvar , 2021 16:21
Azərişıq: Qəza xidmətimiz 24 saat işləyib

"Azərişıq" ASC-nin qəza xidməti qeyri-sabit hava şəraitində 24 saat fasiləsiz iş başındadır.

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

“Ən ucqar dağlıq ərazilərdə belə qarlı şaxtalı havada abunəçilərimizə xidmətdən qürur duyuruq!”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamenti yanvarın 19-dan 21-nə qədər ölkə arazisində hava şəraitinin qeyri - sabit keçəcəyini bəyan etmişdi. Bununla bağlı səhmdar cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib və əlavə tədbirlər görüb.

Belə ki, “Azərişıq” rəhbərliyinin tapşırığı ilə növbətçilik sistemi təşkil olunub, ərazilərə əlavə mal-material,maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışıb.

Son xəbərlər

Orphus sistemi