Yuxarı
    Bağlamaq

    “Azərişıq” ötən ili 26 mln. manat xalis zərərlə başa vurub

    Səhmdar cəmiyyət 2016-cı ildə aktivlərini 17% artırıb

    Bakı. 24 may. REPORT.AZ/ “Azərişıq” ASC-nin aktivləri bu il yanvarın 1-nə 2,374 mlrd. manat təşkil edib.

    “Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 17,1% çoxdur.

    2016-cı ildə “Azərişığ”ın cəmi kapitalı 0,6% artaraq 1,377 mlrd. manat, nizamnamə kapitalı isə 32,8% azalaraq 886 mln. manat təşkil edib. Səhmdar cəmiyyətin öhdəlikləri isə 51,1% artaraq 996 mln. manat olub.

    “Azərişıq” 2016-cı ili 25,636 mln. manat xalis zərərlə başa vurub. Bu isə 2015-ci ilə nisbətən 18,1% azdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi