Yuxarı
    Bağlamaq

    "Azərişıq": Ötən il ümumilikdə 6 min km-dək hava xətləri, kabellər və naqillərin çəkilişi həyata keçirilib

    Yenidənqurma və əsaslı təmir-tikinti işlərinin 2017-ci ildə də davam etdirilməsi planlaşdırılır

    Bakı. 18 yanvar. REPORT.AZ/ Ötən il Abşeron, Quba, Neftçala, Sumqayıt, Lənkaran, Şəki, Zaqatala, İmişli, Zərdab, Tərtər, Bərdə, Ucar, Ağdaş, Ağstafa, Gədəbəy, Qazax, Lerik, Beyləqan, Ağcabədi, Ağdam, Göygöl, Samux, Hacıqabul, Şabran, Yevlax, Salyan, Mingəçevir, Cəlilabad, Daşkəsən, Astara şəhər və rayonlarında olmaqla, ümumilikdə 35 ədəd 35 kV-luq yarımstansiya tikilib və yenidən qurulub. Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev məlumat verib.

    T.Mustafayevin sözlərinə görə, 2016-cı il ərzində ümumilikdə 6 min km-dək hava xətləri, kabellər və naqillərin çəkilişi həyata keçirilib: “Ötən il 30,7 km 110 kV-luq hava xətləri, 59,0 km 35 kV-luq kabel və 308,7 km hava xətləri, 338,7 km 6-10 kV-luq kabel və 1 810,7 km hava xətləri, 420,5 km 0,4 kV-luq kabel və 376,6 km hava xətləri, 2 640,7 km özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) çəkilib, 960 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb, 127 589 ədəd dayaq basdırılıb. Bundan əlavə, uzunluğu 35,3 km 110 kV-luq, 128,3 km 35 kV-luq, 416,7 km 6-10 kV-luq və 901,7 km 0,4 kV-luq hava xətlərində təmir işləri aparılıb”.

    “Azərişıq” rəsmisi deyib ki, rayon mərkəzlərində, qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunmuş, uzun illər istismar olunan ağac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənib.

    Yararsız vəziyyətə düşmüş və heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəz olunub. Şabran rayonunda 2x16 mVA gücündə “Rəhimli”, Lənkaranda “Lənkaran-1” (2x25 mVA), Şəkidə “Cəfərabad” (2x10 mVA), Ağsuda “Ağsu” (2x16 mVA), Zaqatalada “Bəhmədli” (2x6,3), Goranboyda “Kürəkçay” (2x40 mVA), Qazaxda “Daş Salahlı” (2x10 mVA), Masallıda “Tüklə” (2x16 mVA), Saatlıda “Sarıcalar” (2x25 mVA), Samuxda “Yenikənd” (2x16 mVA) olmaqla, 10 ədəd 110 kV-luq yarımstansiya əsaslı şəkildə yenidən qurularaq müasir tipli avadanlıqlarla təchiz olunub. Abşeron, Quba, Neftçala, Sumqayıt, Lənkaran, Şəki, Zaqatala, İmişli, Zərdab, Tərtər, Bərdə, Ucar, Ağdaş, Ağstafa, Gədəbəy, Qazax, Lerik, Beyləqan, Ağcabədi, Ağdam, Göygöl, Samux, Hacıqabul, Şabran, Yevlax, Salyan, Mingəçevir, Cəlilabad, Daşkəsən, Astara şəhər və rayonlarında olmaqla, ümumilikdə 35 ədəd 35 kV-luq yarımstansiya tikilmiş və yenidən qurulub.

    T.Mustafayev deyib ki, təmsil etdiyi qurum yenidənqurma və əsaslı təmir-tikinti işlərini 2017-ci ildə də davam etdirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi