"Azərişıq" ötən il ASAN mərkəzləri vasitəsilə 300 MVt yaxın enerji gücü ilə təmin edib

"Azərişıq" ötən il ASAN mərkəzləri vasitəsilə 300 MVt yaxın enerji gücü ilə təmin edib Ötən il ərzində "Azərişıq" ASC-nin ASAN Xidmətlə İş Departamenti tərəfindən ümumilikdə 323 601 müraciət qəbul olunub.
Energetika
21 Fevral , 2024 12:42
Azərişıq ötən il ASAN mərkəzləri vasitəsilə 300 MVt yaxın enerji gücü ilə təmin edib

Ötən il ərzində "Azərişıq" ASC-nin ASAN Xidmətlə İş Departamenti tərəfindən ümumilikdə 323 601 müraciət qəbul olunub.

"Report" xəbər verir ki, bunu ASC-nin "ASAN Xidmət"lə İş Departamentinin direktor müavini İnam Yusifov bu gün qurumun 2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müraciətlərin 8 314 ədədi elektron şəkildə, 315 287 ədədi isə xidmət mərkəzlərində qəbul olunub: "Sahibkarlıq subyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması üzrə 7 985 müraciətdən 3 930 müraciət elektron şəkildə qəbul olunub ki, bu da ortalama 49 % elektron müraciət deməkdir".

İ. Yusifov bildirib ki, görülmüş tədbirlər nəticəsində 2023-cü ilin son 3 rübü ərzində sahibkarlıq subyektlərinin elektron müraciətlərinin sayı ümumi müraciətlərin 50 %-dən artığını təşkil edir: "Enerji təchizatı şəbəkəsinə qoşulma xidmət üzrə 2023-cü ildə Bakı, Regional ASAN xidmət və ASAN Kommunal mərkəzləri üzrə abonentlər 299 695 kVt enerji gücü ilə təmin olunublar. Təmin olunan gücün 54,6 %-i Bakı RETSİ-nin, 45,4 %-i isə regionların payına düşür".

Son xəbərlər

Orphus sistemi