Azərbaycanda enerji haqqının yığım səviyyəsi 94,7%-ə yüksəlib

Azərbaycanda enerji haqqının yığım səviyyəsi 94,7%-ə yüksəlib ​“Azərişıq” ölkə üzrə sayğaclaşmanı 100%-ə çatdırıb
Energetika
5 Mart , 2019 15:33
Azərbaycanda enerji haqqının yığım səviyyəsi 94,7%-ə yüksəlib

Bakı. 5 mart. REPORT.AZ/ “2003-cü illə müqayisədə 1 kVTs elektrik enerjisinin istehsalına şərti yanacaq sərfi 29,77% azalaraq 386 qramdan 271,1 qrama düşüb, sistem üzrə itkilər isə 19,4%-dən 9,8%-ə enib”. 

“Report” bu barədə Nazirlər Kabinetinin ötən ilki fəaliyyətinə dair hesabata istinadən xəbər verir.

Hesabatda göstərilib ki, ölkə üzrə sayğaclaşma 100%-ə çatdırılıb:

“Enerji haqqının yığım səviyyəsi 46,7%-dən 94,7%-ə qalxıb. Bakı üzrə 97,6%, regional elektrik şəbəkələri üzrə isə 91,8% təşkil edib”.

Son xəbərlər

Orphus sistemi