“Azərişıq” mobil əlavələrini təkmilləşdirir

“Azərişıq” mobil əlavələrini təkmilləşdirir Bakı. 15 dekabr. REPORT.AZ/ Azərişıq ASC göstərilən xidmətlərin dəyərinin elektron qaydada ödənilməsinə görə, Azərbaycandakı kommunal qurumlar arasında liderdir.
Energetika
15 Dekabr , 2018 14:34
“Azərişıq” mobil əlavələrini təkmilləşdirir

Bakı. 15 dekabr. REPORT.AZ/ "Azərişıq" ASC göstərilən xidmətlərin dəyərinin elektron qaydada ödənilməsinə görə, Azərbaycandakı kommunal qurumlar arasında liderdir.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Cəmiyyətin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O həmçinin bildirib ki, təmsil etdiyi dövlət şirkəti bu sahədə xidmətlərini daha da təkmilləşdirir: “Hazırda “Azərişığ”ın “Android” və IOS platformalarında işləyən mobil əlavələrinin təkmilləşdirilməsi ilə bağlı işlər gedir. Tezliklə abunəçilər bu əlavələrdən daha rahat istifadə edə biləcəklər. Həmçinin yenilənmiş əlavələr daha funksional olacaq”. 

Son xəbərlər

Orphus sistemi