“Azərişıq” Laçının bir neçə kəndində yenidənqurma işləri aparır

“Azərişıq” Laçının bir neçə kəndində yenidənqurma işləri aparır Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC Laçın rayonunun bir neçə kəndində yenidənqurma işləri həyata keçirir.
Energetika
13 noyabr 2023 12:12
“Azərişıq” Laçının bir neçə kəndində yenidənqurma işləri aparır

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC Laçın rayonunun bir neçə kəndində yenidənqurma işləri həyata keçirir.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Bildirilir ki, hazırda Cağazur, Qorçu Qaragöl istiqamətində elektrik şəbəkələri yenilənir.

Ümumilikdə görülən digər işlərlə yanaşı Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Eyni zamanda Şəlvə, Qaragöl, Zağazur Minkənd istiqamətinə çəkilən 35 kv-luq hava xətti də tamamlanmaq üzrədir.

Qeyd edək ki, “Azərişıq” elektrik təsərrüfatının yenidən qrurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.

Son xəbərlər

Orphus sistemi