"Azərişıq" istehlakçıların onlayn şəbəkəyə qoşulması sistemini təqdim edib

"Azərişıq" istehlakçıların onlayn şəbəkəyə qoşulması sistemini təqdim edib Qurum yeni elektron xidməti istifadəyə verib
Energetika
16 Aprel , 2021 15:30
Azərişıq istehlakçıların onlayn şəbəkəyə qoşulması sistemini təqdim edib

"Azərişıq" ASC istehlakçıların elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulması üçün yeni elektron xidmətini istifadəyə verib.

"Report" xəbər verir ki, bu məqsədlə keçirilən mətbuat konfransında çıxış edən qurumun sədrinin müşaviri Fərrux Heybətov təmsil etdiyi qurumun pandemiya dövründə istehlakçıların sağlamlığına da diqqət yetirdiyini bildirib: "Təqdim etdiyimiz bu xidmət vasitəsi ilə abunəçilər evdən və ya ofisdən çıxmadan elektrik enerjisi şəbəkəsinə qoşula bilərlər. Bu günə qədər artıq bu xidmət vasitəsi ilə 4 000-ə yaxın müraciət daxil olub".

"Azərişığ"ın İnformasiya texnologiyaları departamentinin rəisi Qalib Həmidov isə bildirib ki, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, qurum bir çox xidmətlərini elektronlaşdırıb: "Artıq 19 xidmətimizi elektronlaşdırmışıq. Məhz abunəçilərin elektrik şəbəkəsinə qoşulmaq üçün olan bu xidmət abunəçiyə imkan verir ki, 20 gün müddətində heç bir növbə gözləmədən şəbəkəyə qoşulmaq üçün müraciət eləsin. Əgər istehlakçı istəsə, əlavə ödəniş etməklə bu müddəti 10 günə qədər azalda bilər".

Departament rəhbərinin sözlərinə görə, "Azərişığ"ın təqdim etdiyi bu xidməti Dünya Bankının "Doing Business" hesabatı üzrə ekspertləri yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi