​"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

​"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib Şirkət qışa hazırlıq prosesi çərçivəsində tədbirləri sürətləndirib
Energetika
24 Noyabr , 2015 13:14
​Azərişıq gücləndirilmiş iş rejiminə keçib

Bakı. 24 noyabr. REPORT.AZ/ "Azərişıq" ASC regionun sərt qış havasını nəzərə alaraq hazırlıq işlərinin başa çatdırılması üçün ən vacib məntəqələrdə iki növbəli iş rejimi tətbiq edib. Bu barədə "Report"a "Azərişığ"ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İsmayıllı EŞ-nin xidməti ərazisində yerləşən 110 kV-luq Qubaxəlilli budaqlanma hava xəttinin 1,3 km, 35 kV-luq Basqal hava xəttinin 2,3 km, Şəki EŞ-nin xidməti ərazisində yerləşən 35 kV-luq Oğuz, Aşağı Göynük , Köbər Zəyzid budaqlanma , SAS budaqlanma hava xətlərinin ümumilikdə 4,1 km, Şamaxı EŞ-nin xidməti ərazisində yerləşən 35 kV-luq Carhan və Meysəri hava xətlərinin 1,6 km uzunluqda hissəsi yenidən qurulub. Zaqatala EŞ-nin xidməti ərazisində yerləşən 1,05 km uzunluğunda bir dövrəli ağac dayaqlardan ibarət olan 110 kV-luq Bəhmətli budaqlanma hava xətti iki dövrəli quraşdırılaraq yenidən qurulub.

Bu məqsədlə 17 ədəd 110 kV-luq, 79 ədəd 35 kV-luq fiziki köhnəlmiş dayaqlar yeni dayaqlarla və naqillər 10960 metr məsafədə AS-50 , 2900 metr məsafədə AS-95 markalı naqillə əvəz edilib. 35/10 kV-luq “Aşağı Göynük” yarımstansiyasında daxili imkanlar hesabına 110 kV-luq avadanlıqlar quraşdırılaraq, yarımstansiya 110/35/10 kV-luq gərginlik sinifinə kecirilmiş, 5,6 MVA gücündə transformator şəbəkəyə qoşulmuş və yarımstansiya 110/35/10 kV-luq “Göynük “ yarımstansiyası adlandırılıb. Payız-qış mövsümünə hazırlıqla əlaqədar 110/35/10 kV-luq “ Cəfərabad” yarımstansiyasında 110 kV-luq ayıran və qısa qapayıcıların əvəzinə 110 kV-luq eleqaz açar quraşdırılaraq istismara verilib.

Hazırda 110 kV-luq İsmayıllı hava xəttinin yenidən qurulması istiqamətində 60-dan yuxarı yeni dayaq basdırılaraq naqillərin çəkilməsi işləri aparılır. 35/10 kV-luq “Qəbələ” yarımstansiyasının yeni binasının tikintisi tamamlanmaq üzrədir və avadanlıqların quraşdırılması işlərinə hazırlıq görülür. Şəki EŞ-nin iki mərtəbəli inzibati binasının tikintisinə başlanıb.

Şimal-Qərb RETSİ-nin 10 kV-luq EVX-nin 26,88 km məsafəsi yenidən qurulub, 250,35 km məsafəsində əsaslı və cari təmir işləri aparılıb. 0,4 kV-luq EVX-nin 225,2 km məsafəsində də əsaslı və cari təmir işləri başa çatdırılıb. Yenidən qurma və əsaslı təmir işləri zamanı 1264 ədəd 10 kV-luq , 4507 ədəd 0.4 kV-luq yeni dayaqlar basdırılıb, EVX-də fiziki kohnəlmiş naqillər 21300 metr məsafədə AS-50, 21280 metr məsafədə AS-35, 25236 metr məsafədə SİP kabellə əvəz edilib,1 055 ədəd 10 kV-luq , 393 ədəd 0,4 kV-luq dayaqlar rənglənib.10 və 0,4 kV-luq EVX-nin 171 km məsafəsində xətlərin mühafizə zolağı ağac kütlədən təmizlənərək 1 712 ədəd əyilmiş dayaqlar düzəldilib və 5 052 ədəd dayaq arasında naqillər tarımlaşdırılıb.

Şimal-Qərb RETSİ-nin struktur tərkibinə daxil olan elektrik şəbəkələrinin xidməti ərazilərində istehlakçıların qış aylarında da dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı üçün ilkin növbədə yenidən qurulması və daha güclüsü ilə əvəz edilməsi tələb olunan 169 ədəd yeni KTM quraşdırılıb. Yeni KTM-lərin 10-0,4 kV-luq şəbəkələrinin qurulması üçün 1 250 metr məsafədə 10 kV-luq XLPE kabel və 78 640 metr məsafədə 0,4 kV-luq SİP kabel EVX-ləri çəkilib.

Son xəbərlər

Orphus sistemi