"Azərişıq" Ədliyyə Nazirliyi ilə etibarnamələrlə bağlı razılığa gəldi

"Azərişıq" Ədliyyə Nazirliyi ilə etibarnamələrlə bağlı razılığa gəldi Ədliyyə Nazirliyi ilə “Azərişıq” ASC arasında əldə edilmiş razılaşmaya əsasən sahibkarın özü ilə yanaşı onun nümayəndəsi də onlayn şəkildə elektrik enerjisi şəbəkəsinə müraciət edəcək
Energetika
25 Fevral , 2021 11:45
Azərişıq Ədliyyə Nazirliyi ilə etibarnamələrlə bağlı razılığa gəldi

Ədliyyə Nazirliyi ilə “Azərişıq” ASC arasında əldə edilmiş razılaşmaya əsasən sahibkarın özü ilə yanaşı onun nümayəndəsi də onlayn şəkildə elektrik enerjisi şəbəkəsinə müraciət edə biləcək.

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə “Azərişığ”ın “Elektrik şəbəkələrinə elektron qoşulmanın kiçik və orta biznesinin inkişafında rolu” mövzusunda birgə keçirdiyi vebinarda səhmdar cəmiyyətinin nümayəndəsi Emil Quliyev deyib.

Onun sözlərinə görə, bu məqsədlə "Azərişıq"la Ədliyyə Nazirliyinin elektron sistemlərinin inteqrasiyası həyata keçirilib: “Bununla da, "Elektron hökumət" portalına daxil olan sahibkar yaxud etibarnamə ilə onun səlahiyyətlərini icra edən nümayəndəsi “Azərişığ”ın şəbəkəyə qoşulma ilə bağlı onlayn müraciət xidmətindən istifadə edərək müraciət ünvanlaya bilər. Ədliyyə Nazirliyi ilə əldə edilmiş razılığa əsasən, etibarnamə əldə etmiş şəxs həmin sənədi harasa təqdim etmək məcburiyyətində deyil. Belə ki, elektron sistemlərin inteqrasiyası nəticəsində etibarnamənin nömrəsi müvafiq xanaya daxil edilməklə sahibkarın səlahiyyətli nümayəndəsi şəbəkəyə qoşulmaq üçün müraciət edə bilər”.

“Azərişıq” nümayəndəsinin sözlərinə görə, müraciət üzrə müəyyən edilən ödəniş isə onlayn şəkildə həyata keçirilir: “Əgər sahibkar müraciət əsasında tələb olunan ödənişi onlayn şəkildə həyata keçirmək istəməsə, bu əməliyyatı ödəmə terminalları ilə də reallaşdıra bilər. Müraciətdən maksimum 20 gün sonra sahibkar elektrik enerjisi ilə təmin edilir”.

Son xəbərlər

Orphus sistemi