“Azərişıq”: Borclu abonentlərin elektrik enerjisi təchizatı dekabrın 25-də dayandırılacaq

“Azərişıq”: Borclu abonentlərin elektrik enerjisi təchizatı dekabrın 25-də dayandırılacaq Dekabrın 25-də saat 12:00-dan etibarən debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Energetika
1904
20 Dekabr , 2018 13:19
“Azərişıq”: Borclu abonentlərin elektrik enerjisi təchizatı dekabrın 25-də dayandırılacaq

Dekabrın 25-də saat 12:00-dan etibarən debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Bunu “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

“Azərişıq” ASC bir daha xəbərdarlıq edir ki, borca görə elektrik enerjisinin təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur”, - deyə T. Mustafayev vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi