“Azərişıq”: Daha sərt hava şəraiti gözləyirik

“Azərişıq”: Daha sərt hava şəraiti gözləyirik “Azərişıq” gücləndirilmiş iş rejimində çalışır
Energetika
31 Mart , 2017 10:19
“Azərişıq”: Daha sərt hava şəraiti gözləyirik

Bakı. 31 mart. REPORT.AZ/ “Ötən gecə havanın küləkli keçməsinə baxmayaraq, ölkə üzrə abonentlərin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayıb”. Bunu “Report”a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayev daha sərt hava şəraitinin olacağını gözlədiklərini qeyd edib: “Məlumata görə, bu gün hava daha sərt olacaq. Əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır, maşın və digər texnikalar hazır vəziyyətə gətirilib. Xüsusən də dağ rayonları üçün əlavə texnika ayrılıb”.