“Azərişıq” daha bir neçə xidməti “ASAN”laşdırıb

“Azərişıq” daha bir neçə xidməti “ASAN”laşdırıb Bakı. 25 iyul. REPORT.AZ/ “Azərişıq” ASC tərəfindən operativliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə bundan sonra enerji təchizatı sxemini dəyişən (güc mənbəyinin dəyişməsi, bir fazalı təchizat sxemindən üç fazlı təchizat sxeminə və ya əksinə keçid) abonentlərə yeni kodların verilməsi yalnız “ASAN Xidmət” və ya “ASAN Kommunal” Mərkəzlərində edilmiş sifarişlər əsasında həyata keçiriləcək.
Energetika
25 İyul , 2018 15:03
“Azərişıq” daha bir neçə xidməti “ASAN”laşdırıb
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ “Azərişıq” ASC tərəfindən operativliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə bundan sonra enerji təchizatı sxemini dəyişən (güc mənbəyinin dəyişməsi, bir fazalı təchizat sxemindən üç fazlı təchizat sxeminə və ya əksinə keçid) abonentlərə yeni kodların verilməsi yalnız “ASAN Xidmət” və ya “ASAN Kommunal” Mərkəzlərində edilmiş sifarişlər əsasında həyata keçiriləcək. 

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin “Report”a verdiyi məlumata görə, bununla bağlı Rayon Enerji Təchizatı və Satışı İdarəsi və Enerji Təchizatı və Satışı İdarələrinə xüsusi tapşırıqlar verilib.

Qeyri əhali abonentlərinin istənilən səbəbdən sayğac dəyişdirmə ilə bağlı olan müraciətləri də bu mərkəzlərdə edilmiş sifarişlər əsasında baş tutacaq. Atılan addım Elektrik qurğularının şəbəkəyə qoşulması zamanı texniki şərtlərin verilməsində yarana biləcək xoşagəlməz halların da qarşısını alacaq və vətəndaş məmnunluğunu artırmış olacaq.

Son xəbərlər

Orphus sistemi