"Azərişıq" Cocuq Mərcanlıda yeni stansiya tikir

"Azərişıq" Cocuq Mərcanlıda yeni stansiya tikir Burada 35 KV-luq yarımstansiya tikilməsi planlaşdırılır
Energetika
13 Mart , 2017 10:43
Azərişıq Cocuq Mərcanlıda yeni stansiya tikir

Bakı. 13 mart. REPORT.AZ/ Cocuq Mərcanlıda 35 KV-luq yarımstansiya tikilməsi planlaşdırılır. Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Qurumun açıqlamasında deyilir ki, Cəbrayıl rayonunun aprel döyüşlərində azad edilmiş torpaqlarını və ətraf əraziləri, həmçinin hərbi obyektləri fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə "Cocuq Mərcanlı" yarımstansiyasının tikilməsi planlaşdırılır: “Bununla yanaşı, Cəbrayıl rayonu ərazisində yerləşən və ötən ilin aprel döyüşlərində azad edilən Lələtəpə yüksəkliyinə hava xətlərinin çəkilməsi üçün prosesə başlanılıb. Artıq çətin və təhlükəli şərait olmağına baxmayaraq, yüksəklikdə elektrik dayaqları basdırılıb və yaxın müddətdə hava xətlərinin məftilləri də çəkiləcək”.

Son xəbərlər

Orphus sistemi