“Azərişıq” Cocuq Mərcanlıda yarımstansiyanın inşasını başa çatdırıb

“Azərişıq” Cocuq Mərcanlıda yarımstansiyanın inşasını başa çatdırıb Yarımstansiyaya 8 300 metr məsafədə yüksək gərginlikli 35 kVt-luq ikidövrəli elektrik verilişi xətti çəkilib
Energetika
23 May , 2017 10:21
“Azərişıq” Cocuq Mərcanlıda yarımstansiyanın inşasını başa çatdırıb

Bakı. 23 may. REPORT.AZ/ Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədi ilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Horadiz” yarımstansiyasından 8 300 metr məsafədə yüksək gərginlikli 35 kVt-luq ikidövrəli elektrik xətti çəkilib və bu xətdə son tamamlama işləri görülür. Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, Cocuq Mərcanlı kəndi ərazisində müasir standartlara cavab verən 35/10 kVt-luq yeni yarımstansiya inşa edilib: “Transformatorlarının gücü 2x6,3 MVA olan yeni yarımstansiyada son montaj işləri aparılır. Cocuq Mərcanlı kəndində yeni özünüdaşıyan izolyasiyalı naqillərlə qurulan yeni 0,4 kV-luq şəbəkə yaradılıb. Kənd ərazisində bərpası nəzərdə tutulan yaşayış binalarının elektrik təchizatı üçün 1 ədəd 10/0,4 kV-luq 1 000 kVA gücündə yeni Komplekt Transformator Məntəqəsi, həmçinin 1 ədəd subartezian quyusuna xidmət edəcək 40 kVA gücündə yeni transformator quraşdırılıb. Ümumilikdə “Cocuq Mərcanlı” yarımstansiyası ətraf əraziləri, hərbi obyektləri və perspektivdə işğaldan azad olunacaq kəndləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək”.

Qeyd edək ki, aparılan işlər Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar 2017-ci il tarixli sərəncamının icrası məqsədi ilə reallaşdırılır.

Son xəbərlər

Orphus sistemi