"Azərişıq" bu il 35 min abonentin elektrik təchizatını yaxşılaşdırıb

"Azərişıq" bu il 35 min abonentin elektrik təchizatını yaxşılaşdırıb Qurumun 27 regionda yeni inşa edilmiş ofis binası istismara verilib
Energetika
7 İyun , 2016 16:55
Azərişıq bu il 35 min abonentin elektrik təchizatını yaxşılaşdırıb

Bakı. 7 iyun. REPORT.AZ/ “Azərişıq” ASC son iki ayda 20 minə qədər ağac dayaqları dəmir-beton dayaqlarla əvəz edib. Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, qurum bütün regionlarda, xüsusən də dağlıq və dağətəyi rayonlarda abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün işləri sürətləndirib: “Gədəbəy, Daşkəsən, Yardımlı, Lerik, Qax, Zaqatala, Balakən, Quba və Qusar rayonlarında ağac dayaqların dəmir-beton dayaqlarla əvəzlənməsi işləri sürətlənib. Həmçinin, 10 min km-dən artıq hava veriliş xəttləri də dəyişdirilərək daha yeni və müasir xətlərlə əvəz edilib. İlin əvvəlindən bəri görülən işlər nəticəsində 350 mindən artıq abonentin enerji təchizatı yaxşılaşıb”.

Qurum rəsmisinin sözlərinə görə, hazırda 27 regionda yeni inşa edilmiş ofis binasını istismara verilib: “Hazırda 27 regionda yeni inşa edilmiş ofis binası istismara verilib. Daşkəsən, Gədəbəy və İsmayıllıda da yeni inzibati binaların tikilib təhvil verilməsini planlaşdırırıq”.

Son xəbərlər

Orphus sistemi