“Azərişıq” ASC-nin rəhbərləri Mingəçevir və Yevlaxda vətəndaş qəbulu keçiriblər

“Azərişıq” ASC-nin rəhbərləri Mingəçevir və Yevlaxda vətəndaş qəbulu keçiriblər “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Mingəçevir şəhərində, ASC-nin sədrinin müavini Ramil Yusifov isə Yevlax şəhərində SC-in Avtomatik İdarəetmə Mərkəzi və Nəzarət İdarəsində vətəndaş qəbulu keçiriblər.
Energetika
3 May , 2019 12:24
“Azərişıq” ASC-nin rəhbərləri Mingəçevir və Yevlaxda vətəndaş qəbulu keçiriblər

Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Mingəçevir şəhərində, ASC-nin sədrinin müavini Ramil Yusifov isə Yevlax şəhərində SC-in Avtomatik İdarəetmə Mərkəzi və Nəzarət İdarəsində vətəndaş qəbulu keçiriblər. 

Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Qəbulda Mingəçevir və Yevlax şəhərləri ilə yanaşı Ağdaş və Ucar rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. ASC-nin müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbulda 36 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən“Azərişıq” ASC-nin rəhbərliyi bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün SC-nin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Qeyd olunub ki, birbaşa vətəndaşların iştirakı ilə məsələlərin həlli təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi