“Azərişıq” “ASAN Xidmət”lə yeni xidmət təqdim edib

“Azərişıq” “ASAN Xidmət”lə yeni xidmət təqdim edib ​“Elektron xəritə” ilə elektrik enerjisi təchizatı bir gündə həll edilir
Energetika
19 May , 2017 12:38
“Azərişıq” “ASAN Xidmət”lə yeni xidmət təqdim edib

Bakı. 19 may. REPORT.AZ/ Mayın 18-dən başlayaraq Bakının Xəzər rayonundakı əhali və qeyri-əhali istehlakçı qrupuna aid sifarişçilərin enerji təchizatı şəbəkəsinə qoşulması və sayğacların quraşdırılması “Azərişığ”ın yeni elektron xəritə sistemi vasitəsi ilə həyata keçirilir. Bu xidmətlər səyyar “ASAN Kommunal Xidmət” vasitəsi ilə təqdim edilir”. Bunu “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, evinə, bağına və ya tikinti obyektinə işıq çəkdirmək istəyən vətəndaş səyyar “ASAN Kommunal Xidmət”ə  sənədlərini təqdim edirlər: “Qeyd olunan obyekt elektron xəritənin məlumat bazasında müəyyən edilir və şəbəkəyə qoşulması üçün məsafə, lazım olan mal-material, işin həcmi və görüləcək işlərin dəyəri müəyyənləşdirilir. Sifarişçi tərəfindən görüləcək işlərin dəyəri ödənildikdən sonra “Azərişığ”ın əməkdaşları operativ göstərilən ünvana yollanır, vətəndaşın obyektinə elektrik enerji xətti çəkilir, abonent üçün sayğac qurlaşdırılır”.

Qurum sözçüsü deyib ki, əvvəllər müraciətləri qeydə almaq, araşdırmaq, baxış keçirmək, məsafəni ölçmək, hesablamaq, qoşulma ilə bağlı xərclər, elektrik xəttini çəkmək və elektrik sayğacı quraşdırmaq üçün 10 gün vaxt lazım olurdusa, indi bu, bir iş günü ərzində həllini tapır, şəffaflıq tam təmin olunur:

Eyni zamanda,  abonentlərin elektrik enerjisinə ödənişlərinin (borclarının) araşdırılması, əhali və qeyri-əhali istehlakçısının ad dəyişməsi, üzləşmə aktlarının təqdim olunması, abonentin geniş tarixçəsinin verilməsi, smart kartların bərpası, yenilənməsi və s. xidmətlər də “ASAN Xidmət”də göstərilir. Bütün müraciətlər isə “bir pəncərə” prinsipi əsasında təmin olunur.

Son xəbərlər

Orphus sistemi