"Azərişıq" abunəçilərə xəbərdarlıq edib

"Azərişıq" abunəçilərə xəbərdarlıq edib Özbaşına şəbəkəyə qoşulma hallarına görə ciddi tədbirlər görüləcək
Energetika
26 Oktyabr , 2017 16:44
Azərişıq abunəçilərə xəbərdarlıq edib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abunəçilərin “Borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərə qarşı qanunvericiliyə uyğun “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək. Bunu "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, yaranmış borc ödənildikdən sonra istehlakçının elektrik enerjisi təchizatı yalnız “Azərişığ"ın əməkdaşları tərəfindən şəbəkəyə qoşularaq bərpa oluna bilər.

Qeyd edək ki, “Azərişığ”ın fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 24 oktyabr 2017-ci il tarixindən etibarən müvafiq qanunvericliyə uyğun olaraq fərdi qaydada dayandırılır.

Son xəbərlər

Orphus sistemi