"Azərişıq": Abunəçilərə qarşı tədbirlər görüləcək

"Azərişıq": Abunəçilərə qarşı tədbirlər görüləcək Bakı. 14 dekabr. REPORT.AZ/ “Azərişıq” ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abunəçilərin elektrik enerji təchizatı 19 dekabr 2017-ci il tarixindən, saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Energetika
14 Dekabr , 2017 10:49
Azərişıq: Abunəçilərə qarşı tədbirlər görüləcək

Bakı. 14 dekabr. REPORT.AZ/ “Azərişıq” ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abunəçilərin elektrik enerji təchizatı 19 dekabr 2017-ci il tarixindən, saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, elektrik enerjisindən özbaşına istifadə edən abunəçilərə qarşı tədbirlər görüləcək.

T.Mustafayev qeyd edib ki, elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin “Borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakcilara qarşı Azərbaycan qanunvericiliyinə uyğun olaraq “Azərişıq” tərəfindən ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abunəçilərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Son xəbərlər

Orphus sistemi