"Azərişıq" 8 ay ərzində Şimal-Qərb regionunda gördüyü işləri açıqlayıb

"Azərişıq" 8 ay ərzində Şimal-Qərb regionunda gördüyü işləri açıqlayıb “Azərişıq” ASC-nin "Şimal-Qərb" RETSİ-nin struktur tərkibinə daxil olan Elektrik Şəbəkələrinin xidməti ərazilərində abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün bölgələrdə təmir-bərpa və yenidənqurma işləri davam etdiril
Energetika
221
23 Sentyabr , 2020 18:45
Azərişıq 8 ay ərzində Şimal-Qərb regionunda gördüyü işləri açıqlayıb

“Azərişıq” ASC-nin "Şimal-Qərb" RETSİ-nin struktur tərkibinə daxil olan Elektrik Şəbəkələrinin xidməti ərazilərində abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün bölgələrdə təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.

“Report”un quruma istinadən verdiyi xəbərə görə, cari ilin 8 ayı ərzində Şimal-Qərb RETSİ-nin struktur tərkibinə daxil olan rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə yeni 3 ədəd 35/10 kV-luq yarımstansiya tikilir, 35/10 kV-luq "Meysəri" Y/st isə yenidən tikilməkdədir.

Həmçinin 1 ədəd 110/6 kV-luq, 10 ədəd 35/10 kV-luq  yarımstansiyalar RETSİ-nin daxili imkanlar hesabına yenidən qurulub. 110/35/10 kV-luq "Şıxlar" və 35/10 kV-luq "Çuxuryurd" Y/st-da işləri davam etdirilir. Bu istiqamətdə 110/6 kV-luq "İpək Kombinatı" və 110/10 kV-luq "Qubaxəlilli" Y/st-larında aparılan yenidənqurma işləri tamamlanmaq üzrədir.

110 kV-luq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində  9 ədəd qəzalı dayaq bərpa edilib, 161  ədəd dayaq quraşdırılıb və 9 km məsafədə yeni 35 kV- luq hava xətti çəkilib.

6-10 kV-luq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində ümumilikdə 101.7 km məsafədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Aparılan təmir işləri zamanı 1 166 ədəd 10 kV-luq dayaq quraşdırılıb, 67.5 km naqil çəkilib. 

Yaşayış məntəqələrində aparılan yenidən qurma işləri çərçivəsində 6-10-0.4 kV-luq şəbəkə ÖİN-lə tam şəkildə təchiz edilib, bir sıra kəndlərdə yenidənqurma işləri aparılıb. 0.4 kV-luq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində ümumilikdə Şimal-Qərb RETSİ-də 2 163 ədəd dayaq quraşdırılıb, 84,1 km ÖİN tipli kabel xətti çəkilib, 115.8 km məsafədə təmir-bərpa işləri aparılıb, 191,9 km məsafədə xəttin mühafizə zonası yaşıl kütlədən təmizlənib.

6-10/0.4 kV-luq KTM-lər üzrə görülən işlər çərçivəsində ümumilikdə Şimal-Qərb RETSİ-də 6 ədəd yeni KTM quraşdırılıb, 201 ədədi əsaslı təmir edilib, standart qoruyucu və ayırıcılar quraşdırılıb və tam olaraq rənglənib, bunlardan 190 ədədinin ətrafı çəpərlənib və əlavə olaraq 201 ədədi cari təmir edilib.

Qeyd edək ki, həyata keçirilən layihələr və yenidənqurma işləri şəbəkələrin iqtisadi göstəricilərinə də müsbət təsir göstərib 8 faiz itirilmiş enerji bərpa olunub.

Son xəbərlər

Orphus sistemi