Yuxarı
    Bağlamaq

    “Azərişıq” 0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulmasına başlayıb

    Qış aylarının soyuq və sərt olmasına baxmayaraq istehlakçılar elektrik enerjisi ilə tam təmin olunublar

    Bakı. 11 aprel. REPORT.AZ/ “Azərişıq” ASC-də 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib. 

    Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, iclas "Azərişığ"ın departament direktorlarının, idarə və şöbə rəislərinin, habelə Regional Enerji Təchizatı və Satışı İdarələri və onların strukturuna daxil olan rayon (şəhər) Elektrik Şəbəkələri rəislərinin iştirakı ilə baş tutub. İclasda 2017-ci ilin birinci rübündə görülən və bundan sonra görüləcək işlərdən, qarşıda duran vəzifələrdən danışılıb. 

    “Son on ildə paylayıcı elektrik şəbəkələrində aparılan yenidənqurma və əsaslı təmir-tikinti işləri artıq öz bəhrəsini verməkdədir. Qış aylarının soyuq və sərt olmasına baxmayaraq istehlakçılar elektrik enerjisi ilə tam təmin olunublar”, - deyə iclasda qeyd edilib. 

    Bundan başqa, bildirilib ki, 2017-ci il “Azərişıq” ASC-də 0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması ili elan edilib və artıq bu istiqamətdə proqramın icrasına başlanılıb. 

    “12-22 may tarixlərində Bakıda keçiriləçək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində önəmliliyini nəzərə alan “Azərişıq” uzun müddətdir ki, yarışların keçiriləcəyi yerlərin, o cümlədən tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirir. İdman yarışlarının keçiriləcəyi arenaları qidalandıran yarımstansiya və transformator məntəqələrində quraşdırılan rele mühafizəsi avtomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi üçün treninqlərə başlayıb. Bura təkcə idman arenalarını deyil, həmçinin ölkəmizə gələcək nümayəndə heyətlərinin, o cümlədən qonaqların məskunlaşacağı mehmanxanaları, parkları, ictimai iaşə, mədəniyyət, əyləncə və digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələri aiddir" - deyə iclasda qeyd edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi