“Azərişığ”ın yeni sədri: “Azərenerji”yə ödənişlər 100% təmin edilib”

“Azərişığ”ın yeni sədri: “Azərenerji”yə ödənişlər 100% təmin edilib” “Dörd il bundan əvvəl yaradılan “Azərişıq” ASC irimiqyaslı işlər görüb, bu gün istehlakçıları fasiləsiz elektrik enerjisi ilə 100% təmin edir”.
Energetika
215
7 Yanvar , 2020 16:58
“Azərişığ”ın yeni sədri: “Azərenerji”yə ödənişlər 100% təmin edilib”

“Dörd il bundan əvvəl yaradılan “Azərişıq” ASC irimiqyaslı işlər görüb, bu gün istehlakçıları fasiləsiz elektrik enerjisi ilə 100% təmin edir”.

“Report” xəbər verir ki, bunu “Azərişıq” ASC-nin yeni təyin edilmiş sədri Vüqar Əhmədov Prezident İlham Əliyevin qəbulunda deyib.

“Bu günədək 70-dən artıq 110 kilovoltluq və təqribən 300-dən çox 35 kilovoltluq yarımstansiya tikilmiş və ya əsaslı təmir edilmişdir. İndiyədək 1 milyon 200 mindən çox yeni sayğac quraşdırılmışdır ki, bu da itkilərin qarşısının alınmasında mühüm rol oynayıb. Şəbəkənin qoyuluş gücü 9 min meqavatamperdən 13 min meqavatamperə çatdırılıb. Baş verən qəzaların aradan qaldırılması üçün məsafədən idarə olunan dörd avtomatik idarəetmə mərkəzi yaradılıb. Yığım 95%-ə çatdırılıb, “Azərenerji” ASC-yə ödənişlər 100% təmin edilib. Hazırda 56 rayonun paylayıcı elektrik şəbəkəsi üzrə 13 min 500-dən artıq transformator məntəqəsinin yenisi ilə əvəz olunması işləri davam etdirilir”, - o, qeyd edib.

Dövlət başçısı isə deyib ki, gələcəkdə xüsusilə ucqar dağ kəndlərində enerji təsərrüfatına da böyük diqqət göstərilməlidir: “Çünki biz, demək olar ki, bütün şəhərlərdə artıq yeni yarımstansiyaların, transformatorların quraşdırılması nəticəsində problemi həll etmişik, ancaq bəzi kəndlərdə dirəklər köhnədən qalıbdır. Mən o kəndlərdə olarkən görürəm ki, hələ də taxta dirəklər qalmaqdadır. Onları müasir dirəklərə dəyişdirmək üçün əlavə tədbirlər görülməlidir. Paylayıcı xətlər indi tamamilə yenilənibdir. Ona görə enerji təminatını indiki səviyyədə saxlamaq üçün əlbəttə ki, biz daim fəal olmalıyıq və o cümlədən “Azərişıq” daim bu işlərə diqqət yetirməlidir. Çünki bizim tələbatımız artır.

Baxın, 2019-cu ildə qeyri-neft sənayemiz 14% artıbdır. Deməli, əlavə enerji gücü lazımdır. Hesab edirəm ki, şəbəkəyəqoşulma bizdə yüksək səviyyədə təmin olunur. Bəzi ölkələrdə bu, böyük problemə çevrilir və açılan müəssisələr ümumi şəbəkəyə qoşula bilmir. Bizdə bu problem yoxdur. Ancaq tələbat artır, əhali artır və artacaq. İndi əhali 10 milyona çatıbdır. İllər keçdikcə bu, 11 milyona, 12 milyona çatacaq. Ona görə bizim şəbəkəmiz buna hazır olmalıdır. Ona görə biz böyük vəsait ayırırıq ki, generasiya güclərini tamamilə təzələyək. Biz indi profisitlə çalışırıq. Ancaq biz gərək generasiya güclərini daim elə vəziyyətdə saxlayaq ki, Azərbaycanda heç vaxt qıtlıq olmasın.

Əlbəttə ki, enerji təsərrüfatını normal vəziyyətdə saxlamaq üçün bütün istismar qaydaları gərək yüksək səviyyədə təmin edilsin. 2018-ci ildə baş vermiş qəza böyük dərs olmalıdır. Bu qəzadan sonra görülmüş tədbirlər öz nəticəsini verməkdədir. Biz yarımstansiyaların dairəvi qaydada birləşdirilməsi nəticəsində özümüzü qəzalardan, qəzaların fəsadlarından qoruyuruq. Qəza hər bir ölkədə baş verə bilər. Ancaq əsas məsələ ondadır ki, bu qəzanın fəsadları hansısa müddət ərzində aradan qaldırılır. Bu dairəvi sistemi biz ona görə yaratmışıq ki, enerji təminatını qısa müddət ərzində təşkil edə bilək. Sizə uğurlar arzulayıram. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız”. 

Son xəbərlər

Orphus sistemi