“Azərişığ”ın nizamnamə kapitalı artırılıb

“Azərişığ”ın nizamnamə kapitalı artırılıb Nazirlər Kabineti qurumun nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə 14 may 2015-ci il tarixli qərarında dəyişiklik edib
Energetika
5 Oktyabr , 2017 09:36
“Azərişığ”ın nizamnamə kapitalı artırılıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərişıq” ASC-nin nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə 14 may 2015-ci il tarixli qərarında dəyişiklik edib.

"Report" xəbər verir ki, qərara əsasən, səhmdar cəmiyyətin nizamnamə kapitalı 575 mln. manat və yaxud 64,9% artırılaraq 885 633 532 manatdan 1 460 633 532 manata çatdırılıb.

Bunun üçün “Azərişığ”ın dövriyyədə olan, hər birinin nominal dəyəri 2 manat olan səhmlərinin sayı 442 816 766-dan 730 316 766–ya çatdırılıb.

Vergilər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına, eləcə də “Azərişığ”a bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi