“Azərişığ”ın əməkdaşları Böyük Vətən müharibəsi iştirakçılarını ziyarət edib

“Azərişığ”ın əməkdaşları Böyük Vətən müharibəsi iştirakçılarını ziyarət edib
Energetika
106
9 May , 2020 16:24
“Azərişığ”ın əməkdaşları Böyük Vətən müharibəsi iştirakçılarını ziyarət edib

Faşizm üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə “Azərişıq” ASC-nin əməkdaşları Böyük Vətən müharibəsi iştirakçısı olan qəhrəmanları ziyarət ediblər. 

Bu barədə “Report”a qurumun Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib. 

O, təmsil etdiyi qurumun qələbə günü münasibəti ilə veteranlara hədiyyələr verdiyini qeyd edib: "Bu gün alman faşizmi üzərində Qələbənin 75-ci ildönümüdür. Böyük Vətən müharibəsi iştirakçısı olan qəhrəmanlarımız hər zaman dövlətin xüsusi qayğısı ilə əhatə olunub. Cənab Prezident İlham Əliyev müharibə veteranlarına, onların ailə üzlərinə hər zaman xüsusi qayğı ilə yanaşıb. Bu xüsusi günlə əlaqədar İkinci Dünya müharibəsi iştirakçısı olan qəhrəmanlarmızı biz də unutmadıq və onlara “Azərişığ"ın hədiyyələrini çatdırdıq. Cəmiyyətə nümunə olan belə insanlara qayğı ilə yanaşmaq hər birimizin borcudur. Onların keçdiyi tarixi həyat yolu gənclər üçün nümunədir”.

Xatırladaq ki, 1941-ci ildә keçmiş SSRİ-nin İkinci Dünya müharibəsinə cəlb edilmәsi müttəfiq respublika kimi Azәrbaycanda da bütün sahәlәrdә inkişafın müvəqqəti dayanmasına vә bәzi strukturların hәrbi tәlәblәrә uyğun profilә keçmәsinә sәbәb olub. Energetiklәr dә istisna tәşkil etmәyәrәk öz işlәrini yenidәn təşkil etməyə başlayıblar.

"Təsadüfü deyil ki, müharibә dövründә tәkcә “Qırmızı Ulduz” DRES-dәn cәbhәyә 86 nәfәr 4-cü dәrәcәli çilingәr gedib. Müharibәnin ilk günlәrindә bu stansiyadan ordu sıralarına 280 nәfәr, elektrik şәbәkәlәri idarәsindәn isә 196 nәfәr çağırılıb. Müharibә zamanı Azәrbaycan Baş Enerji İdarәsindәn cәbhәyә tәxminәn 1 000 nәfәr sәfәrbәr olub. Onları qadınlar vә çağırış yaşa qәdәrki yeniyetmәlәr әvәz etmәyә başlayıblar. Beləliklə, müharibә illәrindә enerji sistemindә işlәyәnlәrin 52%-ni qadınlar tәşkil edib.

Hәmin dövrdә energetiklәrin qarşısında әsas vәzifә xalq tәsәrrüfatını fasilәsiz elektrik enerjisi ilә tәmin etmәklә yanaşı, müharibә dövrünün yaratdığı digәr vәzifәlәr dә qoyulub. Azərbaycan energetikləri bütün vəzifələrin öhdəsindən artıqlaması ilə gəlib.

Böyük Vətən müharibəsi veteranlarının müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün bütün cəmiyyət tərəfindən böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Müharibədə misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt unudulmayacaq!", - deyə "Azərişıq" rəsmisi qeyd edib.