"Azərişığ"ın çağrı mərkəzinə edilən zənglərdə gözləmə müddəti azaldılacaq

"Azərişığ"ın çağrı mərkəzinə edilən zənglərdə gözləmə müddəti azaldılacaq "Azərişıq" ASC abonentlərin 199 çağrı mərkəzinə zənglərində gözləmə müddətinin daha da azaltmaq üçün yeniliklər edəcək.
Energetika
21 Fevral , 2024 13:04
Azərişığın çağrı mərkəzinə edilən zənglərdə gözləmə müddəti azaldılacaq

"Azərişıq" ASC abonentlərin 199 çağrı mərkəzinə zənglərində gözləmə müddətinin daha da azaltmaq üçün yeniliklər edəcək.

"Report" xəbər verir ki, bunu ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bu gün qurumun 2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

Qurum abonent məmnuniyyətini daha da yaxşılaşdırmaq üçün və abonentlərin çağrı mərkəzinə zəng etdikləri zamanda daha az vaxt itirmələri və suallarının daha tez bir müddətdə cavalandırılması məqsədi ilə sosial şəbəkələr üzərindən abonentlərin suallarının cavablandırılmasına başlayacaq.

A. Məmmədzadə bildirib ki, bundan sonra artıq abonentlər müxtəlif sosial şəbəkələr üzərindən verdikləri sualların cavablarını tez müddətdə ala biləcəklər.

"Azərişıq" rəsmisi həmçinin əlavə edib ki, abonentlərin 199 çağrı mərkəzinə sabit telefonlardan və mobil nömrələrdən edilən zənglər ödənişsizdir: "Bütün mobil operatorlarla müqavilə imzalanıb və abonentlərin zəngləri üçün hesablanan vəsaiti "Azərişıq" ödəyir".

O bildirib ki, artıq 199 çağrı mərkəzində "abonentə geri dönüş" düyməsi də fəaliyyət göstərir: "Abonentin gözləmə vaxtını daha da azaltmaq üçün artıq "Azərişıq" abonentə özünəgeri dönərək zəng edir".

"Azərişıq" rəsmisi abonentlərə də müraciət edərək, xüsusilə də pis hava şəraitlərində çağrı mərkəzinin abonentlər tərəfindən çox saxlanılmamasını xahiş edib.

Son xəbərlər

Orphus sistemi