Yuxarı
    Bağlamaq

    "Azərenerji" "Azərişıq"ın borcu ilə bağlı məsələyə aydınlıq gətirib - YENİLƏNİB

    Bir sıra səhələrdə yubanmalar oldu, ona görə də maaşlar bir aya qədər gecikdi

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu ümumi qaydada olan məsələdir, yəqin ki, öz aramızda bunu həll edəcəyik. Bunu "Report"a açıqlamasında "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyev "Azərişığ"ın "Azərenerji"yə olan borcu ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

    Borcun məbləğini açıqlamayan "Azərenerji" rəhbəri "Azərenerji"nin Türkiyə enerji bazarına girməsindən xəbərsiz olduğunu deyib:
    "Bu barədə mənim xəbərim yoxdur".

    *** 10:04

    Etibar Pirverdiyev jurnalistlərə açıqlamasında isə qeyd edib ki, "Azərenerji" yeganə qurumdur ki, götürdüyü kreditləri özü qaytarır. İşçilərin maaşının gecikməsinə aydınlıq gətirən ASC rəhbəri bunun bir sıra səbəblərdən asılı olduğunu deyib: "Bir sıra səhələrdə yubanmalar oldu, ona görə də maaşlar bir aya qədər gecikdi".

    E.Pirverdiyev təmsil etdiyi qurumun vergi borcların əsas hissəsinin ötən illərdən qaldığını deyib: "Biz hər il birbaşa olaraq Vergilər Nazirliyinə 150 mln. Manata qədər pul ödəyirik. Hələ mən sosial vergiləri buna aid eləmirəm. Borcların çoxu kolxoz-sovxoz dövründən qalıb. Hər il də onun üzərinə 36% əlavə borc gəlir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi