“Azərişığ”a yanvarda 300-ə yaxın sahibkar müraciət edib

“Azərişığ”a yanvarda 300-ə yaxın sahibkar müraciət edib Bakı. 9 fevral. REPORT.AZ/ Yanvar ayında “Azərişıq” ASC-yə “ASAN” xidmət vasitəsilə 284 sahibkar müraciət edib.
Energetika
9 Fevral , 2018 20:52
“Azərişığ”a yanvarda 300-ə yaxın sahibkar müraciət edib
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev / Report/ Firi Salim

Bakı. 9 fevral. REPORT.AZ/ Yanvar ayında “Azərişıq” ASC-yə “ASAN” xidmət vasitəsilə 284 sahibkar müraciət edib.

Bu barədə “Report”a “Azərişığ”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Qurum sözçüsünün sözlərinə görə, yanvar ayı ərzində “Azərişığ” “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri vasitəsi ilə daxil olan müraciətlərin sayı əvvəlki aylarla müqayisədə artıb:

“Daha dəqiqi “Azərişığ”ın göstərdiyi 10 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq fəaliyyəti ilə bağlı elektrik şəbəkəsinə qoşulma xidmətində prosedurların azalması, eyni zamanda məişət abonentlərinə işıq çəkilməsinin ölkənin bütün “ASAN” xidmət mərkəzlərini əhatə etməsi müraciətlərin sayına yaxşı mənada təsir edib. Nəticədə yanvar ayında “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri vasitəsi ilə “Azərişığ”a 284 sahibkar müraciət edərək elektrik şəbəkəsinə qoşulmaq istəyib. Eyni zamanda 3041 abonent evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN” xidmət mərkəzlərinə üz tutub”.

Ümumilikdə, yanvar ayı ərzində “Azərişığ”ın “ASAN” xidmət mərkəzləri vasitəsilə göstərdiyi 10 xidmət üzrə (əhali və qeyri əhali abonentlərinin elektrik şəbəkəsinə qoşulması, əhali və qeyri-əhali abonentliyinin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart-kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğaçın yoxladılması, smart-karta ödəniş edilməsi) 18 409 müraciət olunub.

Son xəbərlər

Orphus sistemi