"Azəriqaz" yanvarda 35 yeni binaya qaz verib

"Azəriqaz" yanvarda 35 yeni binaya qaz verib Həmin binalarda ümumilikdə 1 715 ailə yaşayır
Energetika
5 Fevral , 2016 11:57
Azəriqaz yanvarda 35 yeni binaya qaz verib

Bakı. 5 fevral. REPORT.AZ/ "Azəriqaz" İstehsalat Birliyi 2016-cı ilin yanvar ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 35 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, həmin binalarda ümumilikdə 1 715 ailə yaşayır.

Qurum açıqlamasında qeyd edir ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Son xəbərlər

Orphus sistemi