Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanda regionların qazlaşdırılması proqramı ilə 2014-2015-ci illərdə 704 kənd və qəsəbənin qazlaşdırılması nəzərdə tutulub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev bildirib.
Onun sözlərinə görə, artıq 400 məntəqədə qazın açılışı təmin olunub: "Qalan hissədə də işlərin 80-90%-i görülüb. Gələn ilin yanvar ayının sonuna proqramdakı bütün kəndlərin və əlavə 12 qəsəbənin qaz təchizatı başa çatacaq".
Ə.Hacıyev qeyd edib ki, əhali kateqoriyası üzrə qazlaşdırılma bitdikdən sonra ölkə üzrə ümumi qazlaşdırma səviyyəsi 95%-ə çatacaq.
İstehsalat Birliyinin baş direktoru gələn illərdə isə itkilər çox olan və 1960-70-ci illərdə qazlaşdırılmış rayon mərkəzlərində müvafiq infrastrukturun yenidən qurulmasının nəzərdə tutulduğu bildirib.