“Azəriqaz” yanında İctimai Şuraya seçkilərin vaxtı elan edildi

“Azəriqaz” yanında İctimai Şuraya seçkilərin vaxtı elan edildi “Azəriqaz” İstehsalat Birliyi yanında yaradılacaq İctimai Şuraya üzvlüklə bağlı namizədlərin irəli sürülməsi və qeydiyyata alınması prosesi başa çatıb
Energetika
9 Aprel , 2021 13:30
“Azəriqaz” yanında İctimai Şuraya seçkilərin vaxtı elan edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yanında yaradılacaq İctimai Şuraya üzvlüklə bağlı namizədlərin irəli sürülməsi və qeydiyyata alınması prosesi başa çatıb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, təqdim olunan sənədlər Birlik yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyası tərəfindən qiymətləndirilib və aşağıda adları göstərilən namizədlərin müraciətləri qeydə alınıb.

1. Kərimov Bəhruz Bəxtiyar oğlu - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası;

2. Salmanov Elçin Fikrət oğlu - “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi;

3. Hüseynov Eyyub Mahmud oğlu – “Azad İstehlakçılar” İctimai Birliyi;

4. Gündüz Osman Mehdi oğlu - “Multimedia" İnformasiya Sistemlari va Texnologiyaları Mərkəzi İctimai Birliyi;

5. Abbasov Ramil Zahir oğlu - “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi;

6. Sadıqov Fuad Bədrəddin oğlu - “Region” Beynəlxalq Analitik Mərkəz İctimai Birliyi;

7. Azərtaş Lalə Qabil qızı - Xəzər Media Mərkəzi;

8. Əliyev Mayis Nəbi oğlu - “Sosial Hüquqların Araşdırılması" İctimai Birliyi;

9. İbrahimli Qorxmaz Əbülfəz oğlu - Azərbaycan Milli QHT Forumu;

10. Quliyev Rəşad Xasay oğlu – "Beynəlxalq Diaspora Mərkəzi" İctimai Birliyi ;

11. Məmmədov Sahib Məlik oğlu - Vətəndаşlаrın Əməк Hüquqlаrını Müdаfiə Liqаsı ;

12. Rəhimzadə Vüqar Gəncəli oğlu - “İki Sahil” qəzeti;

13. Bəşirov Xəyal Kamil oğlu – “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyi;

14. Quliyev Zaur Yunis oğlu - “ Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi;

15. Ələsgərov Zülfüqar Hüseyn oğlu - "Moderator.az" İnformasiya saytı;

16. Əliyev Vüsal Yusif oğlu - “Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyi.

“Azəriqaz” yanında İctimai Şuraya seçkilərin cari ilin aprel ayının 30-da Birliyin inzibati binasında səhər saat 11:00-dan 16:00-dək keçirilməsi qərara alınıb.

Səsvermə prosesində təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək (aprelin 20-si gecə saat 00:00-dək), həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət edə bilərlər. Bu tarixdən sonra göndərilən məlumatlar qəbul edilməyəcək.

Ünvan: Xətai rayonu, Yusif Səfərov küç. 35 “Azəriqaz” İB

E-mail: [email protected]

Tel: 012 521 22 69

Son xəbərlər

Orphus sistemi