“Azəriqaz”: Yağışın təsirindən aşan hasar qaz xəttini zədələdi

“Azəriqaz”: Yağışın təsirindən aşan hasar qaz xəttini zədələdi Bu gün intensiv yağan yağış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində vətəndaşa məxsus hasarı aşırıb
Energetika
16 Noyabr , 2020 17:51
“Azəriqaz”: Yağışın təsirindən aşan hasar qaz xəttini zədələdi

Bu gün intensiv yağan yağış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində vətəndaşa məxsus hasarı aşırıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, bu zaman ərazidən keçən 108 mm diametrində olan qaz xəttinin 80 metrlik hissəsi və 5 ədəd qaz sayğacı hasarın altında qalaraq zədələnib. Nəticədə S.Həmidov, Xanlar, H. Allahverdiyev küçələrindəki 120 abonentin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb.

Qaz təchizatının bərpası məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin Qəza təmir-bərpa xidmətinin əməkdaşları artıq həmin ərazidə operativ işə başlayıb.

Son xəbərlər

Orphus sistemi