Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (
“Report” xəbər verir ki, iməcilik zamanı Etilen-polietilen zavodunun Azot-oksigen qurğusunun qarşısında xüsusi yaşıllıq zonası üçün ayrılmış ərazisində ümumilikdə 800 ədəd müxtəlif ağac növləri əkilib. Ərazidə mövcud olan ağac və tinglərə su verilib və dibləri bellənib.
Xatırladaq ki, iməciliyə səhər saatlarından start verilib və bir neçə saat davam edib. İməcilikdə “Azəriqaz” və “Azərikimya” İstehsalat birliklərinin 100-dən çox əməkdaşı iştirak edib.


