“Azəriqaz” üzrə 2 milyon 300 mininci abunəçi qeydə alınıb

“Azəriqaz” üzrə 2 milyon 300 mininci abunəçi qeydə alınıb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 300 mininci abunəçisi qeydə alınıb.
Energetika
16 Oktyabr , 2020 12:42
“Azəriqaz” üzrə 2 milyon 300 mininci abunəçi qeydə alınıb
İsifova Sevda

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 300 mininci abunəçisi qeydə alınıb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, o, Salyan Regional qaz istismarı İdarəsinin Hacıqabul xidmət sahəsi üzrə qeydiyyatda olan İsifova Sevda Ramazan qızıdır.

Hazırda rayonda yerləşən bağçada müəllimə kimi çalışan Sevda xanım sentyabrın sonlarına aparılan hesabatlarda 2 milyon 300 mininci abunəçi kimi qeydiyyata düşüb.

“Azəriqaz”ın baş direktoru Ruslan Əliyevin təşəbbüsü ilə haqqında danışılan abunəçiyə təşəkkürnamə və qiymətli hədiyyə təqdim olunub. S.İsifova belə bir həssas dönəmdə ona diqqət göstərdiklərinə görə İstehsalat Birliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Arzu olunub ki, növbəti mərhələdə 2 milyon 400 mininci abonentə təşəkkürnamə tezliklə işğaldan azad olunacaq torpaqlarımızda təqdim edilsin.

2020-ci ilin yanvar-sentyabr ayları ərzində “Azəriqaz”da əhali sektoru üzrə 54 338 yeni abonent qeydiyyata alınıb. Bununla da bu günə olan məlumata görə Birlik üzrə əhali abonentlərinin sayı 2 milyon 303 min 513 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi