Yuxarı

”Azəriqaz” Sumqayıtda yeni massivi qazlaşdırma işlərini aparır

​”Azəriqaz” Sumqayıtda yeni massivi qazlaşdırma işlərini aparır

“Azəriqaz” İstehsalat Birliyi ötən illərdə olduğu kimi, bu il də qazlaşma işlərini rayonlarla yanaşı, Sumqayıt kimi böyük şəhərlərin genişlənən hissələrində davam etdirir.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, hazırda Sumqayıt şəhərinin qaz təchizatı yenilənir, yeni “smart” tipli sayğaclar quraşdırılır, köhnə qaz xətləri yeniləri ilə əvəz edilir. Eyni zamanda şəhərin Sumqayıtçay adlanan hissəsinin qazlaşdırılması işləri aparılır.

Ümumilikdə, 175 mənzilin olduğu ərazinin qazlaşdırılması üçün 6 000 metrə yaxın müxtəlif diametrli qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulub ki, artıq işlərin 85%-i yerinə yetirilib. Bundan başqa, şəhərin Yeni Sumqayıt adlanan yaşayış massivinin cari ildə qazla təmin olunması üçün layihələndirmə işləri aparılır.

Görülən işlərin nəticəsində istehlakçılar normativ təzyiqli, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunacaq.

Əhalinin təhlükəsiz və itkisiz mavi yanacaqla təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədilə görülən tədbirlər Sumqayıt sakinlərinin də ürəyincə olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi