"Azəriqaz" Siyəzən sahibkarlarının problemini dinləyəcək

"Azəriqaz" Siyəzən sahibkarlarının problemini dinləyəcək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Siyəzən rayonunda təşkil olunacaq
Energetika
27 Oktyabr , 2021 12:07
Azəriqaz Siyəzən sahibkarlarının problemini dinləyəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Siyəzən rayonunda təşkil olunacaq.

“Report”un İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, "Azəriqaz"ın rəhbər şəxsləri rayonun Xətai küçəsində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” oktyabrın 28-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Son xəbərlər

Orphus sistemi