"Azəriqaz" "Səyyar ASAN Kommunal" çərçivəsində Zabratda xidmətlər göstərməyə başlayıb

"Azəriqaz" "Səyyar ASAN Kommunal" çərçivəsində Zabratda xidmətlər göstərməyə başlayıb Bakı. 14 avqust. REPORT.AZ/ Bu gündən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi Səyyar ASAN xidmət çərçivəsində Bakının Zabrat qəsəbəsində xidmətlər göstərir.
Energetika
14 Avqust , 2018 16:19
Azəriqaz Səyyar ASAN Kommunal çərçivəsində Zabratda xidmətlər göstərməyə başlayıb

Bakı. 14 avqust. REPORT.AZ/ Bu gündən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi "Səyyar ASAN xidmət" çərçivəsində Bakının Zabrat qəsəbəsində xidmətlər göstərir. 

“Azəriqaz”dan "Report"a verilən məlumata görə, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək. 

Zabrat qəsəbəsində İcra nümayəndəliyinin binasının yanında xidmətin müddəti 30 gün - 14.08.2018 tarixindən 14.09.2018 tarixinə qədərdir. 

İstehlakçılar bu layihə çərçivəsində itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

Əsas hədəflərdən biri də regionlarda açılacaq “ASAN Kommunal” Mərkəzlərində “Azəriqaz” tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari ilin sentyabr ayının 3-dən etibarən “Azəriqaz” tərəfindən Respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış “Səyyar ASAN” avtobus və qatarlarda xidmətlər göstərməyə başlanılacaq.

"Səyyar ASAN xidmət"in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

Son xəbərlər

Orphus sistemi