“Azəriqaz” “Səyyar ASAN” avtobus və qatarlarda xidmətlər göstərməyə başlayacaq

“Azəriqaz” “Səyyar ASAN” avtobus və qatarlarda xidmətlər göstərməyə başlayacaq Bakı. 18 sentyabr. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi (İB) sentyabr ayının 21-dən etibarən “Səyyar ASAN” avtobus və qatarlarda xidmətlər göstərməyə başlayacaq.
Energetika
18 Sentyabr , 2018 19:13
“Azəriqaz” “Səyyar ASAN” avtobus və qatarlarda xidmətlər göstərməyə başlayacaq

Bakı. 18 sentyabr. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi (İB) sentyabr ayının 21-dən etibarən “Səyyar ASAN” avtobus və qatarlarda xidmətlər göstərməyə başlayacaq.

İB-dən "Report"a verilən məlumata görə, əsas hədəflərdən biri regionlarda açılacaq “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari ilin sentyabr ayının 21-dən etibarən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış “Səyyar ASAN” avtobus və qatarlarda Goranboy rayonundan başlayaraq Göyçay, Ağstafa, Xaçmaz, Tovuz, Ağdam, Hacıqabul, Cəlilabad, Şəki, Ağsu, Şirvan, Biləsuvar və Yevlax rayonlarında xidmətlər göstərməyə başlanılacaq.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

Son xəbərlər

Orphus sistemi