Yuxarı

“Azəriqaz” sentyabrdan “ASAN səyyar” avtobus və qatarlarda 20 növ üzrə xidmətlər göstərməyə başlayacaq

“Azəriqaz” sentyabrdan “ASAN səyyar” avtobus və qatarlarda 20 növ üzrə xidmətlər göstərməyə başlayacaq
© Report

Bakı. 26 iyul. REPORT.AZ/ Bu ilin sentyabr ayının 3-dən etibarən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış “ASAN səyyar” avtobus və qatarlarda 20 növ üzrə xidmətlər göstərməyə başlanılacaq.

“Report” xəbər verir ki, bu barədə “Azəriqaz”dan bildirilib.

Qeyd edilib ki, bundan başqa, bu layihə çərçivəsində ilk dəfə avqustun 1-dən etibarən Hövsan qəsəbəsindən başlayaraq “Azəriqaz” İB-nə məxsus xüsusi tərtibatla hazırlanmış mobil səyyar xidməti vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək. 

“İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə İstehsalat Birliyi bu istiqamətlərdə fəaliyyətini bundan sonrada davam etdirəcək”,- məlumatda bildirilib.

Qeyd edək ki, iqtisadiyyatın digər sahələri ilə yanaşı qaz təchizatı sahəsinin dinamik inkişafı və modernizasiyası, göstərilən xidmətlərin tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi məqsədilə, “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq,  əsas hədəf kimi səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması nəzərdə tutulub. Bu hədəfə çatmaq üçün mövcud şəbəkənin hərtərəfli qiymətləndirilməsi və inkişaf planının hazırlanması, yeni qazpaylama xətlərinin tikintisi və şəbəkənin nəqletmə imkanlarının genişləndirilməsi, müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə tədbirlər davam etdirilir, qarşıya qoyulmuş prioritetlər həyata keçirilir. “Azəriqaz” İstehsalat Birliyinin istehlakçılara göstərdiyi bütün xidmətlər “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə həyata keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi