"Azəriqaz" Samux sahibkarlarının problemini dinləyəcək

"Azəriqaz" Samux sahibkarlarının problemini dinləyəcək “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Samux rayonunda təşkil olunacaq.
Energetika
18 Oktyabr , 2021 19:37
Azəriqaz Samux sahibkarlarının problemini dinləyəcək
0 : 00
0 : 00

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Samux rayonunda təşkil olunacaq.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri rayonun Nəbiağalı qəsəbəsində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” oktyabrın 20-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Son xəbərlər

Orphus sistemi