“Azəriqaz” sahibkarlarla növbəti görüşü Bərdədə keçirəcək

“Azəriqaz” sahibkarlarla növbəti görüşü Bərdədə keçirəcək ​​​​​​​Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Bərdə rayonunda təşkil olunacaq
Energetika
14 Mart , 2022 17:07
“Azəriqaz” sahibkarlarla növbəti görüşü Bərdədə keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Bərdə rayonunda təşkil olunacaq.

“Report”un "Azəriqaz"a istinadən verdiyi məlumata görə, Birliyin rəhbər şəxsləri Bərdə rayonu, H.Əliyev prospekti, YAP Bərdə rayon təşkilatının inzibati binasında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” martın 16-da saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Son xəbərlər

Orphus sistemi