“Azəriqaz” sabah paytaxt sahibkarları ilə görüş keçirəcək

“Azəriqaz” sabah paytaxt sahibkarları ilə görüş keçirəcək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Bakının Suraxanı rayonunda təşkil olunacaq.
Energetika
4 May , 2022 17:03
“Azəriqaz” sabah paytaxt sahibkarları ilə görüş keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Bakının Suraxanı rayonunda təşkil olunacaq.

“Report”un "Azəriqaz"a istinadən verdiyi məlumata görə, İstehsalat Birliyinin rəhbər şəxsləri paytaxtın Suraxanı rayonunun Hövsan şossesində, ticarət mərkəzinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Son xəbərlər

Orphus sistemi