“Azəriqaz” rəsmiləri Gəncədə problem və təklifləri dinləyib

“Azəriqaz” rəsmiləri Gəncədə problem və təklifləri dinləyib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin məsul şəxsləri Gəncə şəhərində vətəndaşlarla görüş keçiriblər
Energetika
29 İyun , 2022 09:20
“Azəriqaz” rəsmiləri Gəncədə problem və təklifləri dinləyib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin məsul şəxsləri Gəncə şəhərində vətəndaşlarla görüş keçiriblər.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, “Açıq mikrofon” aksiyası çərçivəsində keçirilən görüşdə vətəndaşların qaz təsərrüfatına dair problem və təklifləri dinlənilib.

Vətəndaşlar əsasən sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunmasını, fərdi yaşayış evinin qazlaşdırılması, qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.

Ünvanlanan hər bir müraciət “Azəriqaz” İstehsalat Birliyinin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev və Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib. Bəzi müraciətlərin icrası ilə bağlı yerindəcə tapşırıq verilib.

Son xəbərlər

Orphus sistemi