“Azəriqaz” rəhbərliyi zaqatalalı sahibkarlarla görüş keçirəcək

“Azəriqaz” rəhbərliyi zaqatalalı sahibkarlarla görüş keçirəcək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Zaqatala rayonunda təşkil olunacaq
Energetika
11 Yanvar , 2022 12:31
“Azəriqaz” rəhbərliyi zaqatalalı sahibkarlarla görüş keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Zaqatala rayonunda təşkil olunacaq.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Zaqatala şəhəri, Nizami küçəsi 9 (Mədəniyyət evinin qarşısı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” yanvar ayının 13-ü saat 15:00-dan 17:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək

Son xəbərlər

Orphus sistemi