“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu iyul ayının 23-də saat 12:00-da keçiriləcək
Energetika
255
22 İyul , 2021 14:22
“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu iyul ayının 23-də saat 12:00-da keçiriləcək.

Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.

Bildirilir ki, baş direktor Ruslan Aliyev Qax rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Qəbələ rayonu, baş direktorun istismar üzrə müavini Cahid Huseynov isə Ağdaş rayonu ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi