Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin Lənkəran şəhərində vətəndaş qəbulu keçiriləcək.
“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, 10 aprel saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Lənkəran, Astara və Lerik sakinlərinin müraciətləri dinləniləcək.
Qurum vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə (tel:(051)792 79 95 ; 025 (25) 4-43-66) müraciət edə bilərlər.