"Azəriqaz” rəhbərliyi Gəncə sahibkarları ilə görüşəcək

"Azəriqaz” rəhbərliyi Gəncə sahibkarları ilə görüşəcək “Səyyar qəbul otağı” dekabrın 9-da saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq
Energetika
7 Dekabr , 2021 13:12
Azəriqaz” rəhbərliyi Gəncə sahibkarları ilə görüşəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Gəncədə təşkil olunacaq.

“Report”un quruma istinadən verdiyi məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Gəncə şəhəri, Gülüstan qəsəbəsində (14 nömrəli məktəbin yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” dekabrın 9-da saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Qeyd edilir ki, “Azəriqaz” ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Son xəbərlər

Orphus sistemi