“Azəriqaz” Qubada 900-dən çox evə qaz verib

“Azəriqaz” Qubada 900-dən çox evə qaz verib Quba rayonunun Əliməmmədoba, Çaydüzü, Hacıhüseynli kəndləri və Gənclər qəsəbəsinin qazlaşdırılması istiqamətində işlər başa çatdırılıb və bu gün həmin ərazilərə təbii qazın verilişi təmin olunub.
Energetika
134
29 Noyabr , 2019 16:39
“Azəriqaz” Qubada 900-dən çox evə qaz verib

Quba rayonunun Əliməmmədoba, Çaydüzü, Hacıhüseynli kəndləri və Gənclər qəsəbəsinin qazlaşdırılması istiqamətində işlər başa çatdırılıb və bu gün həmin ərazilərə təbii qazın verilişi təmin olunub.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, qazlaşdırma işləri üçün Əliməmmədoba kəndində 16 902 metr, Çaydüzü kəndində 5299 metr, Hacıhüseynli kəndində 31 255 metr, Gənclər qəsəbəsində isə 9907 metr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir ev fərdi tənzimləyici və qaz sayğacı ilə təmin olunub.

Qeyd edək ki, Əliməmmədoba kəndində 248, Çaydüzü kəndində 65, Hacıhüseynli kəndində 488, Gənclər qəsəbəsində 106 fərdi yaşayış evi bu gündən etibarən təbii qazdan istifadə edəcək.

Onu da qeyd edək ki, bu gün Quba rayonunda “Barlı” Qaz Tənzimləyici Məntəqəsi (QTM) də istifadəyə verilib. Hələlik bu məntəqə 5 kəndin qaz təchizatına xidmət göstərir. Lakin perspektivdə Quba rayonundan 19 km aralıda, Xaçmaz rayonu istiqamətində digər kəndlərin də bu QTM-ə qoşulma imkanları olacaq. Bu isə rayonda qaz təchizatının texnoloji rejimdə tənzimlənməsi, eləcə də dayanıqlı şəkildə abonentlərə çatdırılmasına şərait yaradacaq. 

Son xəbərlər

Orphus sistemi